Rusiya ABŞ əsgərlərini öldürənlərə mükafatlar təklif edib

27.06.2020 - 23:29

ABŞ kəşfiyyatı Rusiya ordusunun Əfqanıstanda Talibanla əlaqəsi olan militantlara amerikalı qoşunları və digər koalisiya qüvvələrini öldürmələri üçün mükafat təklif edib. Bu barədə cümə günü New York Times qəzeti xəbər verib. Qəzet məsələ ilə bağlı məlumatı olan rəsmilərə istinadən bildirib ki, Birləşmiş Ştatlar bir neçə ay öncə Avropada sui-qəsd cəhdləri ilə əlaqəsi olan Rusiya ordusunun kəşfiyyat bölməsinin ötən il həyata keçirilən hücumlar üçün mükafatlar təqdim etdiyini müəyyən edib.
Qəzet bildirib ki, islamçı militantlar və ya onlarla yaxın əlaqəsi olan silahlı cinayətkar ünsürlərin mükafat pulu aldıqları güman edilir. Ağ Ev, Mərkəzi Kəşfiyyat Agentliyi və Milli Kəşfiyyat İdarəsinin direktoru Reuters-ə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
New York Times-ın bildirdiyinə görə, prezident Donald Tramp kəşfiyyat tapıntıları barədə məlumatlandırılıb. Qəzet Ağ Evin bu mükafatlar səbəbilə Rusiyaya qarşı hər hansı addımın atılmasına dair göstəriş vermədiyini bildirib. Qəzetdə deyilir ki, 2019-cu ildə döyüşdə öldürülən 20 amerikalıdan hansılarının ölümünün şübhəli olduğu hələ ki, bəlli deyil.
Birləşmiş Ştatlar 20 ilə yaxın Talibana qarşı döyüşdükdən sonra indi Əfqanıstandan çıxmağın və ABŞ-ın dəstəklədiyi hökümətlə ölkənin bəzi hissələrinə nəzarət edən militant qrup arasında sülhü təmin etməyin yollarını axtarır.
Birləşmiş Ştatlar və Taliban fevralın 29-da ABŞ qoşunlarının mərhələli şəkildə ölkədən çıxarılması üzərində razılıq əldə edib. Əfqanıstandakı ABŞ qoşunlarının sayı Talibanla razılaşdırılmış zamandan öncə təxminən 8600-ə endirilib. ABŞ və NATO rəsmiləri buna koronavirusla bağlı narhatlıqların səbəb olduğunu söyləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=148846

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728