Koronavirusa yoluxanların sayı 10 milyonu, ölənlərin sayı isə 500 mini ötdü

28.06.2020 - 13:27

Dünyada koronavirusdan ölənlərin sayı yarım milyonu ötüb.

Virtualaz.org bildirir ki, məlumatı pandemiyanın statistikasını aparan “Worldometer” saytı yayıb.

Son məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 10 milyon 86 min 690 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 501 min 392 nəfərə çatıb.

Eyni zamanda, 5 milyon 464 min 241 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 4 milyon 121 min 57 xəstədən 57 min 824-nün vəziyyəti ağır qiymətləndirilir.

İndiyə qədər COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayı 8,41 faiz, aktiv xəstələr arasında vəziyyəti ağır olanların sayı isə 1 faiz təşkil edir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 2 milyon 596 min nəfəri keçib. Bu göstəriciyə görə sonrakı yerlərdə Braziliya (1 milyon 315 min 941), Rusiya (627 min 646), Hindistan (529 min 557), Böyük Britaniya (310 min 250) və İspaniya (295 min 549) gəlir.

Birləşmiş Ştatlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 128 min 152 nəfər. İlk beşliyə daxil olan Braziliyada 57 min 103, Birləşmiş Krallıqda 43 min 514, İtaliyada 34 min 716, Fransada isə 29 min 778 nəfər koronavirus səbəbindən həyatını itirib.

Hesablamalar göstərir ki, son günlər dünyanın bir çox ölkələrində virusa yoluxma sayında yenidən artım müşahidə edilir.

***00:25

Dünyada koronavirusa yoluxan 5 414 852 nəfər sağalıb, 498 990 nəfər isə virusdan ölüb.

Virtualaz.org bildirir ki, indiyədək 10 004 961 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (2 581 648), Braziliya (1 284 214) və Rusiyada (627 646) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148860

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930