Trampın bu cümləsinə görə Zukerberq 7 milyard itirdi

28.06.2020 - 23:10

ABŞ-da onlarla şirkət Prezident Donald Trampın şiddət məzmunlu paylaşımını silməyən Feysbukla reklam anlaşmasını dayandırıb. Axar.az xəbər verir ki, şirkətlərin bu addımı Feysbukun sahibi Mark Zukerberqin 7,2 milyard dollar itirməsinə səbəb olub.
Zukerberqin sərvətinin 82,9 milyarda düşdüyü və “dünyanın ən varlı insanları” siyahısında 4-cü pilləyə endiyi bildirilib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkədə baş verən etiraz aksiyaları zamanı “lazım gələrsə, atəş açacağıq” yazmışdı. Milyonlarla insan Feysbukun bu paylaşımı silməsini istəsə də, şirkət həmin cümlənin qaydalara zidd olmadığını bildirmişdi.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=148897

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031