Çində koronavirusun ikinci dalğası başladı – BİR ŞƏHƏR KARANTİNƏ BAĞLANDI

29.06.2020 - 10:33

Çinin paytaxtı Pekindən 140 kilometr aralıda yerləşən və 11 milyon nəfər əhalisi olan Baodin şəhəri karantinə bağlanıb.

Yerli mətbuatın verdiyi məlumata görə, şəhərdə koronavirus infeksiyasının ikinci dalğası başlanıb.

Virusun bura paytaxtdan gətirildiyi iddia olunur.

Hazırda Baodinə bütün giriş-çıxışlar bağlıdır, kütləvi dezinfeksiya işləri aparılır, sakinlər koronavirus testindən keçirilir.

Virtualaz.org xatırladır ki, Pekinin özündə virusa yoluxma “Sinfadi” topdansatış bazarından yayılmağa başlayıb. Bundan sonra, iyunun 13-də bazar bağlanıb.

Ümumiyyətlə, indiyədək Çində 83 512 nəfərdə koronavirus infeksiyası aşkar edilib, 78 450 xəstə sağalıb, 418 nəfər hazırda xəstəxanalarda müalicə alır, 4634 pasiyent dünyasını dəyişib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148936

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031