Rusiya ABŞ hərbi təyyarələrini öz sərhədlərində “ələ keçirdi”

29.06.2020 - 23:17

Rusiyanın “Su-27” qırıcıları Qara dəniz üzərindəki Rusiya sərhədlərində iki ABŞ hərbi təyyarəsini ələ keçirib. Virtualaz.org bildirir ki, bu barədə “Ria Novosti” Rusiya Federasiyasının Milli Müdafiə İdarəetmə Mərkəzi istinadən məlumat yayıb.
Məlumata görə, sözügedən təyyarələrin ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “P-8A Poseidon” patrul təyyarəsi və ABŞ Hərbi Hava Qüvvələrinə aid “RC-135” strateji kəşfiyyat təyyarəsi olduğu bildirilib. Mərkəzdən deyilib ki, hava əməliyyatı nəticəsində dövlət sərhədinin pozulmasına yol verilməyib.
Qeyd edilir ki, daha əvvəl iyunun əvvəlində Rusiya qırıcıları ABŞ bombardmançılarını ölkənin şərq sərhədlərinə yerləşən Oxot Dənizinin neytral suları üzərindən müşayiət etmişdilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148980

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930