“RUSİYADA KONSENSUS DAĞILIR” – “Texnologiya həmişə dikatordan yan keçmək üsulunu tapır”

01.07.2020 - 11:04

Fransanın “Le Figaro” nəşrində şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparovun müsahibəsi dərc edilib. “AzPolitika.info” həmin müsahibəni müəyyən ixtisarlarla təqdim edir:

Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparovla bizim söhbətimiz süni intellektdən (artificial intelligence), daha doğrusu, onun təzahürlərindən biri olan “üz tanıma sistemi”ndən başladı. Məsələ ondadır ki, Rusiya hökuməti bu cür sistemi 1600 məktəbdə quraşdırıb və belə müəssisələrin əhatə dairəsi yaxın zamanda 43 minə qədər çoxalmalıdır. Rəsmi bəyanatlara görə, quraşdırılmış kameraların alqoritmi təhsil ocaqlarının təhlükəsizliyinin təmini məqsədilə məktəbə daxil olan istənilən kənar şəxsi dərhal aşkarlayır. Kasparov bununla bağlı dedi: “Bu gün rejim, məktəbləri hədəfə götürür. Bəllidir ki, texnoloji planda əhalinin ən öncül kəsimi gənclərdir. Ona görə də, Vladimir Putin bilmək istəyir ki, şagirdlər nədən danışırlar və onlara nə tədris olunur. O, Rusiya sosial şəbəklərinə nəzarət edir və təkcə Moskva şəhərində üztanıma texnologiyalı 200 000 kamera quraşdırılıb”.

– Sizcə, onlar təsadüfən bu sistemi “1984-cü il” romanı müəllifinın adı ilə – “Oruell” adlandırmayıblar?

– Rusiyada gözəl yumor hissi var. Bununla yalnız rejimin cəzasızlıq hissi müqayisə edilə bilər. Putin artıq bunu gizlətmir, çünki artıq bu, ona gərək deyil. O, sistemə belə ad verməklə öz niyyətini tam açıq göstərir.

– “Ntechlab” şirkətinin mütəxəssisləri üztanıma sisteminin yalnız valideyinlərin icazəsi ilə aktivləşdiriləcəyini deyirlər. Amma hər halda, layihəyə Sergey Çemezovun rəhbəri olduğu “Rostex” nəzarət edir.

– O, Putinin köhnə dostudur və bütün ölkəni əlində saxlayan həmin dar qrupa məxsus şəxsdir.

– Bu, tam nəzarət deməkdir?

– Tam yox, amma olduqca geniş. Həm də Putin və onun ətrafı Pavel Durov tərəfindən şifrələnmiş “messencer” sistemli “Telegram”-ı dayandıra bilmədilər. Bu sistemin əlavəsi rejimin öz üzvləri tərəfindən də aktiv istifadə edilir və elə ona görə də onların bu xəbərləşmə sistemi üzərində qoyulmuş bloku götürməkdən başqa seçimləri qalmır. Yəni, haradasa texnologiya həmişə dikatordan yan keçmək üsulunu tapır.

– Lakin bu, onlara kömək edir. Elə pandemiya zamanı əlaqələrin izlənməsini götürək. Hazırda Rusiyada pandemiyaya görə 14 yaşdan yuxarı şəxslər karantinə görə evdə olduqlarını təsdiq etmək üşün hökumət saytında qeydiyatdan keçməli və daimi olaraq selfi çəkməlidirlər ki, baxın, mənzilimizi tərk etməmişik.

– Mən uzun müddətdir ki, rəqəmsal təhlükəsizlik və məxfiliyin qorunması sferasında işləyirəm. Hətta Qərbdə də hamı konfidensiallıq məsələsindən narahatdır, lakin onun qorunması üçün heç nə etmirlər. İnsanlar bunun hansı nəticələr verəcəyinı düşünmədən “online” xidmətlərinə yazılır. Bu gün rəqəmsal məlumatlar mövcud olan yerdə istər hansısa oliqarx, dikatator və ya Silikon vadisindəki şirkət olsun, kimsə həmişə bu məlumatları əldə etmək istəyəcək.

Əsas məsələ kimin və hansı səbəbə görə bununla məşğul olmasıdır. Azad dünyanın bu istiqamətdə böyük yol qət etməsi vacibdir. Problem təkcə Rusiyadakı “online” sistemində deyil, həmçinin “Google”, ”Facebook”, ”Apple” və ABŞ-ın digər internet nəhənglərinin nə edəcəkləridir.

– Oliver Stounun “Putinlə müsahibə” sənədli filmində Rusiya prezidenti deyir ki, cüdo sayəsində rəqibin gücündən istifadə etməyi və onu necə yönləndirməyi öyrənib. İndi sosial şəbəkələr də belə zəif həlqəyə çevrilibmi?

– Mən təbliğatı sevmirəm, xüsusilə də o, ingilis dilinə tərcümə olunanda. Mənim üçün rus dili yetərlidir (Filmi nəzərdə tutur- “Le Figaro”). O ki qaldı texnologiyaya, sözsüz ki, o həmişə şübhəli məqsədələr naminə istifadə oluna bilər, amma bu, onun legitimliyini ortadan qaldırmır. Azad dünya rəqəmsal idarəetməni cəmiyyətin əsas məsələsinə çevirməlidir. Ancaq sosial şəbəkələr vasitəsilə əhalinin irəli sürdüyü legitim tələblər ölkəni parçalayacaq küçə toqquşmalarına və aqressiv təzahürlərə dönüşə bilər.

Fikirlərin qütbləşməsi həmişə mövcuddur və bu, istər Avropada, istərsə də İtaliyada var, həmçinin ABŞ-da irqi məsələ daim olub. Bu, Putinin və ya Çin Kommunist Partiyasının icadı deyil. Donald Trampın siyasəti də həmçinin. Hər necə olsa da, onlar bundan istifadə edib effekti gücləndirə bilərlər. Məhz bu, rəqibin düşərgəsinə müdaxilə edilməsidir və hibrid müharibə adlanır.

– Putin bu müharibdə qalib gəlirmi?

– Ümid edirəm ki, demokratiya daha güclü olacaq. Fikir ayrılığının kəskinləşməsi nəticəsində Qərbə dəymiş ziyan və narazılıq bu müharibənin nəyə gətirib çıxardığını əyani şəkildə göstərir. Amma hər halda Rusiya təbliğatını izləmək və onun məqsədini anlamaq elə də çətin deyil. Ancaq bəzi siyasətçilər Putinə heyranlıqlarını gizlətmirlər.

Mən istərdim ki, Avropa bu rejimlərin öz vətəndaşları ilə nə etdiklərini anlasın. İstərdim ki, Avropa müasir dünyada oyun qaydalarına riayət edənlərin və onu daim pozanların olduğunu görsün. Ticarət müqavilələrinin saxlanılması məqsədilə gələcəkdə də bu yolla getmək olmaz. Rejimin bütün bəyanatlarına baxmayaraq, Rusiya iqtisadiyyatında işlər yaxşı getmir və konsensus dağılır.

O ki qaldı Çinin rifahına, bu planda onu Tayvanla müqayisə etmək olmaz, Hon-Konq isə həmin rejimdə yaşamaqdan imtina edir. Çinin pandemiya vaxtı apardığı dezinformasiya kampaniyası göstərdi ki, totalitar sistemlər tam səmərəsizdirlər.

– Bu, onların laxladılması üçün kifayətdirmi?

– Mənim gələcəyi göstərən hansısa sehirli büllur kürəm yoxdur. Amma sizi əmin edə bilərəm ki, Rusiya vətəndaşlarının həyat şəraiti Moskva hökumətinin dediyindən kəskin formada fərqlənir. Hətta bunu “Oruell” və “Böyük qardaş” kimi sistemlər də gizlədə bilməzlər.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=149049

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031