Yeni Zelandiyada bütöv şəhər satışa çıxarılıb
Yeni Zelandiyanın Mellonsfolli Ranç şəhəri satışa çıxarılıb. Virtualaz.org bildirir ki, şəhəri 2006-cı ildə Qərb filmlərindən ruhlanan şəxs inşa edib.
Sözügedən şəhərdə 10-a yaxın tikili, həmçinin 3 yaşayış binası var. Şəhəri alacaq şəxs bal istehsalı üzrə hazır biznesə də sahib olmuş olacaq. Şəhərdə 22 nəfər yaşaya bilər.
Şəhər 7.5 milyon dollara satışa çıxarılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=149120