Türkiyədə fabrikdə partayış
Türkiyənin Sakariya əyalətinin Hendek rayonunda fişəng fabrikində partlayış baş verib.
“Report” xəbər verir ki, partlayış səsləri 50 km aralıdakı yaşayış məntəqəsində də eşidilib. Sakinlər partlayışı zəlzələ zənn ediblər.
Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.
Hadisənin səbəbi hələ ki məluma deyil.
Bildirilib ki, son 11 ildə bu həmin fabrikdə 3-cü partlayışdır. 2009-cu ildə baş verən ilk hadisə nəticəsində bir nəfər ölmüş, 37 nəfər yaralanmışdı. İkinci hadisə 2014-cü ilin dekabrında olub. Nəticədə bir fəhlə ölmüş, 2 fəhlə yaralanmışdı.
Virtualaz.org bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 naziri – Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca və Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlçuqu Sakaryada partlayış baş verən bölgəyə göndərib.
Bundan başqa, Sakarya valisi Çətin Oqtay Qaldırım jurnalistlərə açıqlamasında fabrikin ətrafında təhlükəsizlik tədbirlərinin aparıldığını deyib: “Partlayış davam etdiyi üçün müdaxilə edə bilmirik. Fabrikin sahibindən əldə edilən məlumata görə, içəridə təxminən 150-200 nəfər var”.
Short URL: http://www.cumhuriyyet.net/?p=149214