Bu tarixdə 4 Qitə zülmətə qərq olacaq: Azərbaycana aid deyil

03.07.2020 - 23:47

Bu ilin üçüncü Ay tutulması hadisəsi iyulun 5-də baş verəcək. AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Milli.Az-a verilən məlumata görə, yarımkölgəli Ay tutulması hadisəsi saat 03:07-də başlayacaq və saat 05:52-də sona çatacaq. Tutulmanın maksimumu saat 04:31-də müşahidə olunacaq.

Bu təbiət hadisəsini Cənub-Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.

Ay tutulması Azərbaycanda müşahidə olunmayacaq.

Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (2-si Günəş, 4-ü isə Ay) müşahidə olunacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=149233

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728