Tramp: Çinin yalanı virusun 189 ölkədə yayılmasına imkan verdi
ABŞ prezidenti Donald Tramp yenidən koronavirus pandemiyasına görə Çin Xalq Respublikasını cəzalandıracağını vəd verib.
Tramp Müstəqillik Günü münasibəti ilə çıxışında bunları deyib:
“Çinin yalanı, onun gizliliyi və problemləri xalçanın altına süpürmək cəhdləri virusun 189 ölkədə yayılmasına imkan verdi. Çin tam məsuliyyətə cəlb edilməlidir”.
Onun sözlərinə görə, Çindən yalnız koronavirus deyil, “həm də başqa viruslar çıxıb”. Ancaq ABŞ prezidenti nəyi nəzərdə tutduğunu izah etməyib.
Sputnik Azərbaycan
Short URL: http://www.cumhuriyyet.net/?p=149353