Hindistan koronavirusa yoluxanların sayına görə Rusiyanı ötüb

06.07.2020 - 11:17

Hindistanda son sutkada koronavirusa yoluxanların sayı daha 24 200 nəfər artaraq 697 413-ə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyindən bildirilib.

Məlumata görə, Hindistanda virusdan ölənlərin sayı son sutka ərzində 425 nəfər artaraq ümumilikdə 19 693 nəfərə yüksəlib. Hazırda ölkə xəstəxanalarında 235 287 nəfər müalicə olunur, 424 432 pasiyent sağalıb.

Hindistan yoluxanların sayına görə Rusiyanı keçərək 3-cü yerə qalxıb.

Qeyd edək ki, COVID-19-a ən çox yoluxma ABŞ-da (2 850 000) qeydə alınıb. İkinci yerdə 1 milyon 570 mindən çox yoluxma ilə Braziliya, üçüncü yerdə 697 413 nəfərlə Hindistan, dördüncü yerdə isə 680 min nəfər koronvirus daşıyıcısı ilə Rusiya gəlir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149442

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930