Ermənistanda sahibkarlar etiraza qalxdı
Ermənistanda restoran sektorunda çalışanlar hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, aksiya iştirakçıları karantin günlərində düşdükləri çıxılmaz vəziyyətə etiraz ediblər.
Polis etirazçıların bir qrupunu saxlayıb.
Xatırladaq ki, Ermənistan hökuməti karantin tətbiq edildiyi müddətdə heç bir sosial paket həyata keçirməyib. Bu da kiçik sahibkarların, aztəminatlı ailələrin durumunu olduqca çətinləşdirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=149563