Qazaxıstanda 56 mindən çox insanda koronavirus aşkarlandı
Qazaxıstanda son bir gündə 1 708 yeni koronavirus infeksiyası qeydə alınıb. Bunlardan698-i simptomatik daşıyıcı, 1 010-u asemptomatikdir.
“Report” xəbər verir ki, bu barədə ölkənin COVID-19-un yayılmaması üzrə İdarələrarası Komissiyası məlumat verib.
Ümumilikdə indiyədək ölkə üzrə 56 455 insanda koronavirus infeksiyası aşkarlanıb ki, onlardan da 264-ü həyatını itirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=149679