Tramp pandemiya ərzində ilk dəfə tibbi maska taxdı – FOTO

12.07.2020 - 12:30

ABŞ prezidenti Donald Tramp koronavirus pandemiyası ərzində ilk dəfə ictimaiyyət qarşısına tibbi maska ilə çıxıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, dövlət başçısı Vaşinqton ətrafındakı şəhərlərdən birində yerləşən, döyüş hərəkətləri zonasında yaralanmış hərbi qulluqçuların müalicə aldığı “Walter Reed” hospitalına səfər edib.

Tramp hərbçilər qarşısına tünd göy rəngli maskada çıxıb.

“Düşünürəm ki, bu – maska taxmaq çox gözəldir. Mən heç vaxt maska taxmağa qarşı olmamışam. Amma hər şeyin öz vaxtı və yeri var”, – Tramp jurnalistlərə deyib.

ABŞ rəhbəri bundan əvvəl ictimai tədbirlərdə maskadan istifadə etməyib.

Daha əvvəl Tramp bildirib ki, o, qoruyucu maskadan istifadəyə qarşı çıxmır və Vaşinqton ətrafındakı şəhərlərdən birində yerləşən hərbi tibb mərkəzinə səfəri zamanı tibbi maskadan istifadə etmək niyyətindədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149748

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930