Dünyada COVID-19-dan sağalanların sayı artdı

12.07.2020 - 18:02

Dünyada yeni koronavirusdan sağalanların sayı 7 milyonu ötüb.“Report”xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları, həmçinin KİV və başqa açıq mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata görə, dünyada COVID-19-dan sağalanların sayı 7 005 452 nəfərə çatıb. Bununla yanaşı, təhlükəli virusdan ölüm hallarının sayı 565 178 təşkil edir. Pandemiya ərzində koronavirusa 12 720 028 insan yoluxub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=149778

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728