Özbəkistanda karantin rejimi ilə əlaqədar yeni qadağalar tətbiq olunub

13.07.2020 - 11:06

İyulun 13-dən Özbəkistanda karantin rejimi ilə əlaqədar yeni qadağalar tətbiq olunub.

AZƏRTAC Özbəkistanın Koronavirusla Mübarizə üzrə Xüsusi Respublika Komissiyasına istinadla xəbər verir ki, bu gündən avqustun 1-dək ölkədaxili hava və dəmir yolu nəqliyyatının hərəkəti yenidən dayandırılıb. Ölkədə bərbərxanalar və gözəllik salonları da həmin tarixədək işləməyəcək.

Xatırladırıq ki, ölkədə virusa yoluxma halı və ölənlərin sayının artması ilə əlaqədar iyulun 10-dan avqustun 1-dək karantin rejimi yenidən gücləndirilib, yaşı 65-dən yuxarı olanlar özünütəcrid rejiminə keçirilib.

Bu müddətdə Özbəkistanın şəhərlərində və regionlar arasında nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılıb, toy və digər ailə şənliklərinin keçirilməsi qadağan olunub. Xüsusi icazəsi olan nəqliyyat vasitələrindən başqa ölkədə iyulun 18-19-da və 25-26-da taksilər də daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=149828

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728