Erməni nazir atəşkəs üçün yalvardı

17.07.2020 - 01:09

Azərbaycan ordusunun sərrast cavab zərbələləri qarşısında aciz qalan Ermənistan hakimiyyəti ölkədəki diplomatik korpusla görüş keçirib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, xarici işlər naziri Zoqrab Mnatsakanyan 16 iyulda ölkədə akkreditasiya olunmuş diplomatic nümayəndəliklərin rəhbərləri ilə görüşüb. Görüş zamanı Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən bəhs olunub.
Nazir xüsusilə qeyd edib ki, 16 iyulda dövlət sərhədinin Tavuş vilayəti istiqamətində, Movses və Aqepar hissəsində atəşkəs ciddi şəkildə pozulub. Mnatsakanyan Azərbaycanı mülki əhalini hədəf seçməkdə günahlandırıb. Hansı ki, Azərbaycan Müdafiə Nazirliyi ötən gün bu iddiaları qəti şəkildə təkzib etmişdi. Ermənistan XİN rəhbəri 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasına əməl etməyin vacibliyindən danışıb. Bu fakt bir daha sübut edir ki, işağlçı ölkənin ciddi narahatlığı var və dövlət sərhədində törətdiyi xain hücumlara Azərbaycanın bu şəkildə cavab verəcəyini gözləmirmiş.

Short URL: http://www.cumhuriyyet.net/?p=150184

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31