Türkiyə Böyük Millət Məclisi Azərbaycana dəstək açıqlaması yaydı

17.07.2020 - 11:00

Türkiyə Böyük Millət Məclisi son günlər Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhədində hücum cəhdləri ilə bağlı açıqlama yayıb.

“Report” bu ölkənin mətbuatına istinadən xəbər verir ki, açıqlama Türkiyə parlamentində təmsil olunan dörd siyasi təşkilat – hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (ÇHP) və İYİ Partiya tərəfindən qəbul olunub.

“Türkiyə Böyük Millət Məclisi olaraq Ermənistan Silahlı Qüvvələrinin 12 iyuldan başlayaraq Azərbaycanın Tovuz rayonuna hücumunu qəti şəkildə pisləyirik”, – deyə qeyd edilir.

Açıqlamada Ermənistanın təhlükəli yolda olduğu vurğulanır. Qeyd edilir ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisini illərdir işğal altında saxlayan Ermənistanın hücumu Cənubi Qafqazda daimi sülhə əngəldir. Partiyalar Ermənistanın bu davranışını beynəlxalq hüquqa zidd adlandırıblar və beynəlxalq ictimaiyyəti işğalçı ölkəyə lazımi reaksiya verməyə çağırıblar.

“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dəstəyimizi təkrar edirik”, – deyə Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (ÇHP) və İYİ Partiyanın birgə açıqlamasında vurğulanır.

Short URL: http://www.cumhuriyyet.net/?p=150210

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31