Amerikalı alimlər Trampı nüvə silahı sınaqlarını bərpa etməməyə çağırdılar

17.07.2020 - 17:12

ABŞ-ın onlarla aparıcı alimi Prezident Donald Trampı nüvə silahı sınaqlarını bərpa etmək fikrindən daşınmağa çağırıb.

Yerli KİV bildirir ki, Donald Trampa ünvanlanan məktubu imzalayan alimlər arasında 10-a yaxın “Nobel” mükafatı laureatı da var.

“Nüvə sınaqları yeni silahlanma yarışı, həmçinin qəsdən və ya təsadüfən nüvə müharibəsi riskini artıra bilər”, – deyə 70-ə yaxın alimin dünyada ilk nüvə silahı sınaqlarının 75-ci ildönümü münasibətilə ABŞ Prezidentinə ünvanladığı məktubda bildirilir.

“Biz alimlərin həm bəşəriyyət, həm də planetimizə zərərli təsiri səbəbindən nüvə silahına qarşı ənənəvi çıxışına uyğun olaraq, ABŞ hakimiyyətini nüvə sınaqları planlarından imtina etməyə çağırırıq”, – deyə məktubda vurğulanır.

Alimlər, həmçinin ABŞ-da nüvə sınaqlarının digər ölkələrə, o cümlədən KXDR, Hindistan və Pakistana bu sahədə işləri aktivləşdirmək üçün yaşıl işıq yandıracağını da qeyd ediblər.

AzərTAc xatırladır ki, may ayının sonlarında “The Washington Post” qəzeti ABŞ Prezidenti Administrasiyasının Çin və Rusiyanı çəkindirəcək siqnal qismində nüvə silahı sınaqlarının bərpa edilməsi imkanlarını nəzərdən keçirdiyini yazmışdı.

Qeyd edək ki, dünyada ilk texnoloji nüvə silahının sınağı 1945-ci il iyulun 16-da ABŞ-ın Nyu-Meksiko ştatında “Trinity” kod adı altında keçirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=150258

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31