Taliban neft dolu maşınları ələ keçirdi
Əfqanıstanın şimal-şərqində yerləşən Baqlan əyalətində Taliban yaraqlıları tərəfindən neftlə dolu 1000-ə yaxın yük maşını ələ keçirilib.
Axar.az xəbər verir ki, bu məlumatı “TOLO Nyus” kanalı yayıb.
Taliban hər avtomobil üçün təxminən 390 dollar tələb edir.
Sürücülər artıq hökumətlə əlaqə saxlayaraq kömək istəyiblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=150468