Qonşu ölkələrdə koronavirusla bağlı vəziyyət necədir?
Rusiyada son sutka ərzində daha 5 940 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 777 min 486-ya çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 211 min 457 nəfər təşkil edir.
Ötən gün ərzində xəstəlik səbəbindən daha 85 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 12 min 427-yə çatıb. Ümumilikdə 553 min 602 pasiyent isə sağalaraq evinə buraxılıb.
Gürcüstanda sutka ərzində 11 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Bununla ölkə üzrə xəstəliyə yoluxanların sayı 1 039-a çatıb. Xəstəlik səbəbindən 16 nəfər həyatını itirib, 900 nəfər isə sağalaraq evinə buraxılıb.
Ermənistanda sutka ərzində daha 104 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 34 981-ə çatıb.
Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 9 nəfər artaraq 650-yə çatıb. Ümumilikdə 23 502 pasiyent müalicə olunaraq sağalıb, 10 620 xəstənin müalicəsi davam etdirilir.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 12 avqusta qədər uzadılıb.
İranda son 24 saat ərzində daha 217 nəfər koronavirus səbəbindən həyatını itirib.
Son sutka ərzində ölkə üzrə 2 414 nəfərdə virus aşkarlanıb.
Bununla da ölkədə koronavirus qurbanlarının sayı 14 min 405 nəfərə, yoluxanların sayı isə 276 min 202 nəfərə çatıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=150481