ÜST: Karantin koronavirusu tamamilə dayandıra bilməz

21.07.2020 - 11:24

Ölkələr tərəfindən tətbiq edilən karantin məhdudiyyətləri özü özlüyündə koronavirusun yayılmasını tam dayandıra bilməz.

Virtualaz.org bildirir ki, bunu Dünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Gebreisus deyib.

Onun sözlərinə görə, karantin tədbirləri yalnız infeksiya ötürülməsini yavaşıtmağa kömək edir. ÜST rəhbəri bildirib ki, virusun yayılmasına qarşı mübarizə aparmaq üçün əsas alətlərdən biri də təmasda olmuş şəxslərin izlənilməsi, aşkarlanması və təcrid olunmasıdır. “Virusun harada olduğunu bilmirsə, heç bir ölkə ərazisindəki epidemiyaya nəzarət edə bilməz”, – Gebreisus bildirib.

O, yoluxmuş şəxsləri izləməyə kömək edən potensial mobil tətbiqetmələrin vacib rolunu da qeyd edib. Bununla yanaşı, təşkilatın rəhbəri virusun ötürülmə zəncirlərini qırmaq üçün yoluxmuş və təmasda olmuş şəxslərin axtarışında “qapıdan qapıya gedən” təlim keçmiş işçiləri heç nəyin əvəz etməyəcəyini söyləyib.

“Təmasları izləmə hər bir ölkə üçün, hər vəziyyətdə lazımdır. Bu, fərdi halların çoxluq halına gəlməsinə və çoxluqların cəmiyyətdə daha da yayılmasına mane ola bilər”,- deyə ÜST rəhbəri vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=150522

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31