Rusiyada koronavirusa yoluxanların sayı 800 mini ötdü

24.07.2020 - 16:56

Rusiyada son sutka ərzində daha 5 811 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 800 min 849-a çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 645 nəfər.

Məlumatda deyilir ki, bir gündə virusdan həm də 154 nəfər ölüb. Beləliklə, Rusiyada pandemiya qurbanlarının sayı 13 min 046 nəfər olub.

İndiyədək 588 min 774 xəstə sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dünyada dördüncü yeri tutur.

Short URL: http://www.cumhuriyyet.net/?p=150757

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31