Kadırov ABŞ Dövlət katibinə qarşı sanksiya tətbiq etdi

24.07.2020 - 17:00

Çeçenistan lideri Ramzan Kadırov ABŞ-ın Dövlət katibi Mayk Pompeoya qarşı sanksiya tətbiq edildiyini açıqlayıb.

Bu barədə “Grozny.TV” kanalı məlumat yayıb.

O, əvvəllər Pompeonu ziyarətə dəvət etdiyini xatırladıb, lakin indi Çeçenistan liderinin sözlərinə görə, artıq buna ixtiyarı yoxdur.

“Mən dəvəti ləğv edirəm və onun bütün hesablarının bloklanmasına qədər respublika üzrə bütün sanksiyaların tətbiq olunduğunu elan edirəm”.

Çeçenistan rəhbəri, Vaşinqtonun heç bir siyasətə qarışmayan qızlarını və həyat yoldaşını “qara siyahı”ya daxil etdiyini başa düşmədiyini söyləyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət katibi Mayk Pompeo Ramzan Kadırovun “qara siyahı”ya daxil edildiyini bildirib. Birləşmiş Ştatlar onu işgəncə, məhkəmədənkənar edam və digər cinayətlərdə ittiham edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=150761

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31