Moskvada terakt törətməyə hazırlaşan şəxs məhv edildi
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva şəhərində insanların kütləvi yığışdığı yerdə terror aktı həyata keçirmək istəyən terrorçunu məhv ediblər.
“İnterfaks” xəbər verir ki, Orta Asiya respublikalarından birinin vətəndaşı saxlanılan zaman FTX əməkdaşlarına atəş açıb.
Cavab tədbirləri nəticəsində cinayətkar zərərsizləşdirilib.
Hadisə yerinə baxış keçirilərkən “Kalaşnikov AK 74” markalı avtomat, üç ədəd həmin avtomata aid daraq və qumbara, eləcə də Suriyadakı terrorçularla əlaqələrini təsdiqləyən dəlillər tapılıb.
Araşdırmalar davam edir. Terrorçunun mümkün cinayət ortaqlarının axtarışı aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=151055