Avropa ölkələrində karantin tədbirləri gücləndirilir

28.07.2020 - 13:36

Belçikada koronavirus infeksiyasına yoluxma sayının yenidən artması ilə əlaqədar karantin tədbirləri gücləndirilib.

Trend-in məlumatına görə, iyulub 29-dan başlayaraq sakinlər ailə üzvləri xaricində gün ərzində ən çox 5 nəfərlə görüşə biləcək.

Kütləvi toplantılar zamanı say həddi 200 nəfərdən 100 nəfərədək azaldılıb.

Almaniyada isə ölkənin səhiyyə naziri Yens Span yüksək risk qrupu ölkələrindən Almaniyay gələn şəxslərin icbari olaraq koronavirus testindən keçəcəyini bildirib.

Fransanın şimal-qərbindəki Bretan əyalətində yoluxma hallarının artması ilə əlaqədar çimərliklərə axşam saatlarından sonra daxil olmaq qadağan edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=151127

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31