Çinin beş regionunda koronavirus yayıldı
Çində yoluxma ocağı Dalyan şəhərində aşkar edilən koronavirus daha beş regiona yayılıb.
Bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Yoluxma hallarından biri Pekində qeydə alınıb.
Burada rəsmilər daha əvvəl yeni yoluxma ocağını zərərsizləşdirə bilmişdilər.
Başqa bir simptomsuz yoluxan Fuçjou əyalətində müəyyən edilib.
Virtualaz.org xatırladır ki, Çində son sutka ərzində ümumilikdə 102 nəfər koronavirusa yoluxub, bunlardan 34-də heç bir simptom yoxdur. Yeri gəlmişkən, bu, aprel ayından bəri ən yüksək göstəricidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=151165