Hulusi Akar: “Beynəlxalq ictimaiyyət Ermənistana xəbərdarlıq etməlidir”

29.07.2020 - 16:48

“Türkiyə Ermənistanın pozuculuq fəaliyyəti və hücumlarını qınamaqla yanaşı, bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllini dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Vaşinqtonda yerləşən “Turkish Heritage Organization”nun (“Türk irsi təşkilatı”) “Türkiyənin milli müdafiə strategiyası və bölgədəki son hadisələr” başlıqlı onlayn tədbirində Ermənistanla Azərbaycan arasındakı son gərginlikdən bəhs edərkən bildirib.

“ABŞ və beynəlxalq ictimaiyyət Ermənistanı bu kimi hücumlardan çəkinməsi və problemin həlli üçün konstruktiv bir üsul tətbiq edərək Yerevana xəbərdarlıq etməlidir”, – nazir deyib.

H.Akar “F-35” və “S-400”lə bağlı yaranmış gərginliyə də toxunraraq ABŞ və NATO-nun Türkiyə, Türkiyənin isə ABŞ və NATO üçün əhəmiyyətindən danışıb. O bildirib ki, Türkiyə “F-35” layihəsinin müəlliflərindəndir.

Nazir ABŞ-la “F-35” və “S-400”ə dair danışıqlar aparmağa hazır olduqlarını da vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=151246

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31