Belarusu qarışdırmaq üçün göndərilən rusiyalı muzdlular – VİDEO

29.07.2020 - 23:15

Belarus televiziyası Minsk ətrafında ötən gecə  tutulan 32 rusiyalı muzdlu barədə reportaj verib. Virtualaz.org xəbər verir ki, reportaja əsasən Belarus KQB-sinin xüsusi təyinatlıları muzdluların yerləşdiyi pansionata gecə saatlarında basqın edir və onları yatan yerdə yaxalayır. Kadrlardan görünür ki, saxlanılanların bir çoxunun bədənlərində kriminal aləmlə və muzdlu hərbi fəaliyyətlə əlaqəli olan “nakolkalar” yer alır.

Saxlanılanların geyimlərində “Bizim biznes ölümdür və biznes yaxşı gedir” sözləri yazılmış nişanlar, ərəb dilində mətn, dollarlar, Rusiya rublu və Sudan pulları, hərbçiləri üçün detektora dair təlimat, ərəblərin baş örtüsü, Rusiya pasportları, prezervativlər tapılıb.

Bu ləvazimatlar arasında hərbçilərin uniformasına bərkidilən “özümüzünkü-yad” vericisinə dair təlimat xüsusi diqqət cəlb edir. Bu vericilər xüsusi təyinatlı döyüşçülərin uniformalarında olur və onların məqsədi gecə döyüşləri zamanı gecəgörmə kameraları tərəfindən döyüşçünün identifikasiyası, beləliklə də onlara “dost atəşinin” açılmasının qarşısının alınmasıdır. Belarus ordusunda belə vericilər yoxdur və o, əsasən ABŞ ordusunda tətbiq olunur.

Xatırladaq ki, Belarus hüquq mühafizə orqanları avqustun 9-na təyin edilmiş prezident seçkiləri ərəfəsində ölkədə qeyri-stabillik yaratmaq üçün Rusiyadan 200-ə yaxın muzdlunun göndərildiyini bəyan edib. Onlardan bir qrupu yaxalanıb.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=151278

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31