Azərbaycan-Türkiyə ordusu hərəkətə keçdi, erməni general İrana ağız açdı

30.07.2020 - 00:10

Ermənistanın Müdafiə naziri David Tonoyan İranın bu ölkədəki səfiri Abbas Badaxşan Zouri ilə görüşüb. Axar.az erməni mediasına istinadən xəbər verir ki, görüşdə İranın Ermənistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Mehdi Vecdan da iştirak edib.
Tonoyan səfirə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və təmas xəttindən danışıb. Erməni nazir səfirə Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən narahatlığını ifadə edib. Görüşdə Ermənistan-İran əməkdaşlığının perspektivləri, regional təhlükəsizlik və beynəlxalq inkişaf məsələləri də müzakirə olunub.
Qeyd edək ki, Türkiyə-Azərbaycan ordularının hərbi təlimi bu gün başlayıb.İran səfiri ilə Ermənistan XİN rəhbərinin deyil, Müdafiə nazirinin görüşməsi, üstəlik bu görüşdə İranın hərbi attaşesinin iştirakı diqqətdən yayınmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=151282

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31