ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir

31.07.2020 - 12:57

ABŞ İranda nüvə, raket və hərbi proqramlar üçün istifadə edilə biləcək metal və material təchizatını məhdudlaşdırmaqla İslam respublikasına qarşı yeni sanksiyalar tətbiq edir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

“Bu gün Dövlət Departamenti İranın nüvə, hərbi və ya ballistik raket proqramları ilə əlaqəli istifadə olunan 22 konkret materialı müəyyənləşdirir. Bu cür materialları bilərəkdən İrana verənlər indi ABŞ-ın “İranın azadlığı və yayılmasına qarşı mübarizə haqqında” qanununun 1245-ci maddəsinə əsasən sanksiyaya məruz qalacaqlar”, – M.Pompeo açıqlamasında deyib.

Bundan əlavə, İranın tikinti sektoruna materialların təchizatı qadağan edilir. Belə ki, ABŞ İranın tikinti sektoruna İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarət etdiyini düşünür.

Qadağan edilmiş 22 metal və materiallar arasında alüminium ərintiləri, alüminium tozu, bəzi polad markaları, o cümlədən paslanmayan polad və s. var.

Short URL: http://www.cumhuriyyet.net/?p=151396

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31