Pakistan Əfqanıstan ərazisinə artilleriya zərbəsi endirdi – Ölənlər var
Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində Pakistanın artilleriya zərbəsi nəticəsində 9 nəfər həlak olub.
Trend-in məlumatına görə, daha 50 nəfər yaralanıb.
Qeyd olunur ki, Pakistan artilleriyası iki ölkə sərhədində yerləşən Spin-Boldak rayonuna zərbələr endirib.
Əfqanıstan ordusunun qərargah rəisi Yasin Ziya analoji addımların atılması üçün hazırlıq əmri verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=151402