PUTİNİ DRAMATİK HƏFTƏLƏR GÖZLƏYİR! – “Yeni etirazlar onun mövqeyini sarsıdıb”

31.07.2020 - 20:35

Artıq bir aya yaxındır ki, Rusiyanın Xabarovsk diyarının əhalisi qubernator Sergey Furqalın həbsinə etiraz nümayişləri keçirir. Nümayişçilər bu həbsi Moskvanın yerli əhalinin seçiminə göstərdiyi saymazlıq və kobud qanun pozuntusu hesab edirlər.

“AzPolitika.info” xəbər verir ki, İsveçin “Svenska Dagbladet” qəzeti “Rədd olsun çar! – Yeni etirazlar Putinin mövqeyini laxladıb” başlıqlı məqaləsində Xabarovskda baş verən hadisələrin illər ərzində Putin hakimiyyətinə qarşı yığılmış narazılığın kəskin təzahürü kimi dəyərləndirir.

Həmin məqaləni diqqətinizə çatdırırıq: “Rədd olsun çar!”, ”Furqal bizim adamdır!”, ”Azadlıq!”. İndi Xabarovskda belə şüarlar səslənir. 11 iyulda Xabarovsk şəhərində küçələrə 40 min etirazçı çıxmışdı. Həmin vaxtdan indiyədək hər gün nümayiş keçirilir. Onlar seçdikləri qubernatorun həbsinə qarşı çıxırlar. Nümayişlər başlayandan bir həftə sonra orada iştirak edənlərin sayı 50 min nəfərə çatıb və hətta etiraz dalğası yaxınlıqdakı Vladivastok şəhərinə də sıçrayıb.

Xabarovsk şəhərinin gənc sakini Sergey Neçayev baş verənlər barəsində deyir: “Qubernatoru biz özümüz seçmişik və özümüz də buna cavab verməliyik. Bizim birinci tələbimiz məhkəmənin Moskvada deyil, burada keçirilməsidir”.

Həbs olunan və Moskvaya aparılan Xabarovsk diyarı qubernatorunun adı Sergey Furqaldır. Bu şəhər Rusiya paytaxtından 6100 kilometr şərqdə yerləşir və Çin ilə sərhəddən 30 kilometr uzaqlıqdadır.

2018-ci ildəki qubernator seçkilərində əsas namizəd Putin hakimiyyətinin Vahid Rusiya Partiyasından idi. Hər şey əvvəlki dövrlərdə olduğu kimi cərəyan etməliydi. Seçkilərə demokratiya görüntüsü vermək üçün Liberal Demokrat Partiyasından olan Sergey Furqal kimi digər “təhlükəsiz” şəxslərin də namizədlikləri irəli sürülmüşdü. Xabarovsk diyarının siyasi aləmində Furqal “ikinci yer” tutmağa da razıydı və hətta o, əslində heç seçki kampaniyası da aparmamışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=151477

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031