“Serbiya Ermənistana silah ixracına 2017-ci ildən icazə verir”

01.08.2020 - 11:38

2017-ci ildən bəri Serbiya Vectura trans, Partizan tech və Zastava oružje firmalarına Ermənistana silah ixracı üçün 19 icazə verib.

Virtualaz.org Regnum-a istinadən xəbər verir ki, bunu iyulun 30-da Serbiya Ticarət, Turizm və Telekommunikasiya naziri Rasim Layiç ölkə parlamentinin deputatı Marinka Tepiçin Serbiya silahlarının Ermənistana ixracı ilə bağlı suallarını yazılı şəkildə cavablandırarkən bildirib.

Nazirin sözlərinə görə, bunun üçün rəsmi və hüquqi məhdudiyyətlər yoxdur, çünki Ermənistan heç bir çoxtərəfli sanksiyalara məruz qalmır.

“Lakin razıyam ki, gələcəkdə bu məsələyə daha diqqətlə yanaşmalıyıq ki, əla siyasi və iqtisadi əlaqələr saxladığımız bir dövlətlə dostluq münasibətləri pozulmasın”,- deyə N1 televiziya kanalı Leyiçin cavabından sitat gətirib.

Xatırladaq ki, bir müddət əvvəl virtualaz.org və haqqin.az saytları olaraq biz Tovuz istiqamətində hücumdan bir neçə gün əvvəl və döyüş əməliyyatlarının intensivləşdiyi bir dövrdə Serbiyadan Gürcüstan vasitəsilə Ermənistana müxtəlif çaplı minaatan silah-sursatların gətirilməsinə dair silsilə məqalələr dərc etmişdik. Həmin yazılarda vurğulamışdıq ki, Azərbaycanın müharibə vəziyyətində olduğu Ermənistana silah göndərilməsi Azərbaycan-Serbiya strateji tərəfdaşlığının ruhuna ziddir.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=151505

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31