Ərəb dünyasında ilk atom stansiyası istifadəyə verildi

01.08.2020 - 16:07

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş Naziri və Dubay hökmdarı Məhəmməd bin Rəşid Əl Maktum ərəb dünyasında ilk “Barakah” atom elektrik stansiyasının istifadəyə verildiyini elan edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə BƏƏ-nin Baş Naziri “Twitter” hesabında yazıb.

“Bu gün biz BƏƏ-nin ərəb dünyasında ilk “Barakah” dinc nüvə reaktorunun Abu Dabidə istifadəyə verilməsini uğurla elan edirik. Mütəxəssislər nüvə yanacağı yükləməyi, hərtərəfli sınaqlar keçirməyi və işəsalma əməliyyatını uğurla başa çatdırmağı bacardılar “.

Qeyd edək ki, “Barakak” atom elektrik stansiyası ümumi gücü 5,6 meqavat olan dörd enerji blokundan ibarət olacaq.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=151535

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31