İran kəşfiyyatı terror təşkilatının liderini ələ keçirdi

01.08.2020 - 18:55

İran “Tonder” terror təşkilatının lideri Cəmşid Şarməhdi ələ keçirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.

“İranda silahlı aksiyalar və təxribat əməliyyatlarını ABŞ-dan idarə edən “Tonder” terror təşkilatının lideri Cəmşid Şarməhd Kəşfiyyat Nazirliyi tərəfindən saxlanılıb”, – məlumatda bildirilib.

Qeyd edək ki, “Tonder” terror təşkilatı 2018-ci il 12 aprel tarixində Şiraz şəhərində terror aktı törətməkdə ittiham edilir. Həmin hadisə zamanı 14 nəfər ölmüş, 215 nəfər isə yaralanmışdı. Bundan başqa, təşkilat tərəfindən İranda bir neçə təxribat xarakterli hücumların törədildiyi iddia olunur.

Təşkilatın lideri sayılan C.Şarməhdin ABŞ-ın Kaliforniya ştatında media vasitəsilə İran əleyhinə fikirlər səsləndirməklə məşğul olduğu, təşkilatın özünün isə İranda monarxiya üsul-idarəsinin qurulmasına çalışdığı bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=151559

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31