PUTİNİN AVQUST SÜRPRİZLƏRİ GÖZLƏNİLİR – Hansı ölkəni zəbt edə bilər?

04.08.2020 - 11:18

Bu baxımdan CNBC hesab edir ki, Rusiya prezidenti qərbli həmkarları üçün sürprizlər təşkil edə və ölkə daxilində zəifləmiş mövqelərini bərpa etmək, eyni zamanda Rusiyanın beynəlxalq arenada mövqelərini möhkəmləndirmək üçün gözlənilməz addımlar ata bilər.

Belə sürprizlərə Moskva artıq 2008-ci ilin avqstunda, Cənubi Osetiyada münaqişə alovlananda əl atıb. 2014-cü ilin avqustuna o, Krımı Rusiyaya birləşdirib, 2015-ci ilin avqustunda isə Rusiya Suriyadakı vətəndaş müharibəsinə müdaxilə edib.

“Əvvəllər Moskva üçün ağır dövrlər başlayanda Putin xarici avantüralara əl atıb ki, öz ölkəsiz üzərində nəzarəti sərtləşdirsin”,-telekanal qeyd edir.

Hadisələrin bu cür inkişaf ssenarisi həm də ona görə ağlabatan görünür ki, Rusiyanın başlıca opponenti ABŞ da hazırda koronavirusun geniş yayılmasına, iqtisadi çöküşə və Amerika şəhərlərini bürümüş etirazlara görə ciddi çətinliklər yaşayır. ABŞ-la Avropa arasında Trampın addımları üzündən başlamış fikir ayrılıqları da belə məqamda Putinin əlinə oynaya, beləliklə də Rusiya lideri növbəti dəfə Moskvanın dünyadakı nüfuzunu gücləndirməyə cəhd edə bilər.

Telekanal qeyd edir ki, Rusiya rəhbərliyi bunu Belarusun “udulması”, yəni zəbt edilməsi hesabına həyata keçirə bilərdi. Belə ki, Putinin Belarusda artan etirazlar və mübahisəli prezident seçkilərindən bəhanə kimi istifadə edərək bu ölkə üçün “milli xilaskar” rolunda çıxış etməsi mümkündür. Nəticədə Belarus Rusiyanın onu “udması” cəhdlərinə qarşı çıxmalı olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=151689

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930