BELARUSDA TƏCİLİ SƏFƏRBƏRLİK GEDİR – Sərhəddə gediş-gəlişə nəzarət gücləndirilib

04.08.2020 - 14:11

Belarusa yaşı 35-ə qədər olan və orduda xidmət keçmiş kişilər 25 günlük təcili səfərbərliyə cəlb olunub. Bu haqda rusiyalı jurnalist Semyon Peqovun WarGonzo Telegram-kanalında bildirilir.

Məlumata görə səfərbərlik Rusiya ilə həmsərhəd regionlarda, əsasən Vitebskdə aparılır. Keçmiş hərbi qulluqçulara göndərilən çağırış vərəqələrinə əsasən onlar avqustun 10-da, yəni prezident seçkilərindən bir gün sonra toplanış məntəqələrində olmalıdır. Habelə bir sıra keçmiş hərbçilərə zəng vurub toplanışa çağırdıqları bildirilir.

Xatırladaq ki, iyulun 29-da Mins ətrafındakı sanatoriyada “Vagnerin ordusu” kimi tanınan Rusiya özəl hərbi şirkətinin 33 muzdlusu tutulub. Belarus hüquq-mühafizə orqanları onların prezident seçkiləri zamanı ölkədə diversiyalar törətmək üçün göndərildiyini bildirir.

Bunun ardınca Belarus Rusiya ilə sərhədə hərbi qüvvələr və texnika cəmləşdirib. O cümlədən Rusiya Belarusla gediş-gəlişə nəzarəti gücləndirib, sərhəddə uzun növbələr hökm sürür.

Short URL: http://www.cumhuriyyet.net/?p=151705

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31