Beyrutda partlayış zamanı BMT-nin onlarla əməkdaşı yaralanıb

05.08.2020 - 10:28

Birləşmiş Millətlər Təşkilatının (BMT) əməkdaşları Beyrutda partlayış nəticəsində zərər çəkib.

“Report”un məlumatına görə, bu barədə çərşənbə günü təşkilatın baş katibinin rəsmi nümayəndəsinin müavini Farxan Hak “Al Jazeera” telekanalına bildirib.

“Beyrutda partlayış nəticəsində BMT-nin 48 əməkdaşı və onların 27 ailə üzvü xəsarət aldı”, – Hak qeyd edib.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutun dəniz limanında, Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında güclü partlayış baş verib. Partlayışın dalğası Livan paytaxtının yaşayış məntəqələrini silkələyib. Son məlumatlara görə, hadisə zamanı azı 78 nəfər ölüb, 4 min insan xəsarət alıb.

Livanın paytaxtı fəlakət rayonu elan edilib. Şəhərdə iki həftəlik fövqəladə vəziyyət rejimi tətbiq olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=151728

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930