Cənubi Koreya prezidentinin 6 müşaviri istefa vermək istəyir

07.08.2020 - 12:16

Koreya Respublikası Prezidentinin aparat rəhbəri Mun Çje İn, eləcə də dövlət başçısının 5 müşaviri vəzifələrindən ayrılmaq istədiklərini açıqlayıb.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə “Yonhap” agentliyi rəsmilər arasındakı mənbəyə istinadən məlumat yayıb.

İstefa vermək qərarına gələn məmurlar arasında prezident administrasiyasının rəhbərindən əlavə, dövlət və vətəndaş siyasəti, ictimaiyyətlə əlaqələr, kadr siyasəti, eləcə də vətəndaş cəmiyyəti məsələləri üzrə müşavirlər var.

Mənbənin bildirdiyinə görə, bu qərar hansısa vəziyyətin hərtərəfli araşdırılmasından sonra qəbul edilib, vəzifəli şəxslər həmin vəziyyətə görə məsuliyyət daşımağa hazır olduqlarını bildiriblər. Ancaq mənbə söhbətin nədən getdiyini açıqlamayıb.

Agentlik prezidentin administrasiya üzvlərinin istefasını qəbul edib-etməməklə bağlı son qərarı özündə saxladığını da vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=151833

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31