Kaşpirovskidən Putinə müraciət: “Bill Qeytsin planıdır, çox sayda adam öləcək…”

09.08.2020 - 23:19

Bir zamanların məşhur ekstrasensi Anatoli Kaşpirovski Prezident Putinə müraciət edib. Cebhe.info xəbər verir ki, o, Putini əhalinin kütləvi surətdə koronavirusa qarşı peyvənd etdirilməsindən çəkinməyə çağırıb. Kaşpirovski bildirib ki, bəşəriyyət müxtəlif zamanlarda belə pandemiyalarla üz-üzə qalıb. Bura taun, vəba, quş qripi, ispan qripi kimi xəstəliklər daxildir: “İndi də koronavirusdur. İndiki statistik məlumatlar da göstərir ki, onun ilk əlamətləri özünü 2012-ci ildə göstərib. Bəs buna qədər? Bu, pandemiyanın hansısa yeni variantıdır. Ancaq olduqca güclüdür, ona görə də ağciyərlərdə iz qoyur. Bir çoxları şübhə edir ki, bu olur. Amma olur. Çox sayda ölən var”.
Ekstrasens bildirib ki, dünyada peyvənd söhbəti gedir: “Bill Qeyts əvvəlcə peyvəndin nə olacağını açıq dedi. Bill Qeyts özü də dünyanı artıq adamlardan təmizləməyə çalışan təşkilatın üzvüdür. Artıq adamlar isə dünyada çoxdur”,-deyə o vurğulayıb. Onu da bildirib ki, dünyanın narazılığından sonra Bill Qeyts özünə bəraət qazandırmağa başlayıb.
Ekstrasens bildirib ki, pandemiyadan sonra dünyada daha dəhşətli şey başlayacaq. “Bu da insanların ölməsidir. Rusiyada peyvənd çox sayda insanı öldürə bilər. O cümlədən qadın və yaşlıları. Vladimir Vladimiroviç, insanları qoruyun”, -deyə Kaşpirovski Putinə müraciət edib. Xatırladaq ki, Rusiyada peyvəndləməni oktyabrda həyata keçiriməyi planlaşdırırlar.
Xəzər, Cebhe.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=151973

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930