BELARUSDA SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİ AÇIQLANDI – Lukaşenko qalib olub

10.08.2020 - 10:00

Belarusda Aleksandr Lukaşenko 80,23% səslə prezident seçkilərində qalib olub.

“Report” xəbər verir ki, bunu Belarusun Mərkəzi Seçki Komissiyası açıqlayıb.

Qeyd edək ki, ötən gün Belarusda prezident seçkiləri keçirilib. Ölkənin bir sıra bölgələrin kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurma nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalq qarşı güc tətbiq etməməyə çağırıb.

Ötən gecə prezident seçkilərinin ilkin nəticələrinə etirazlar fonunda Belarusun Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Hökumət evindən təxliyə edilib.

“RİA Novosti” xəbər verir ki, bunu MSK sədri Lidiya Yermoşınanın özü bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=151989

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31