“PUTİN LUKAŞENKONUN QALMASI ÜÇÜN HƏR ŞEY EDƏCƏK” – “Rusiya ilə gərgin münasibətlər piar gedişi idi”

10.08.2020 - 17:26

Belarusada keçirilən prezident seçkiləri və dünən axşamdan başlayaraq paytaxt Minskdə və iri şəhərlərdə nəticələrə qarşı kütləvi etirazlar Azərbaycan da maraqla izlənilir. Sosial şəbəkələrdə günün əsas müzakirə mövzusu hadisələrin gedişi, Rusiyanın mövqeyi və psotsovet məkanına mümkün təsirləri ilə bağlıdır.

Politoloq Elxan Şahinoğlu da Belarusdakı seçkiləri izləyib və ilkin qənaətini “AzPolitika.info” saytı ilə bölüşüb.

Ekspert bildirib ki, baxmayaraq, Aleksandr Lukaşenko Rusiya ilə münasibətləri bir qədər gərginləşdirmişdi, amma hiss olunurdu ki, bu bir piar gedişi idi.

“Rusiya da vəziyyətə baxdı, qərar verdi ki, ən pis iki seçim arasında Lukaşenko daha yaxşıdır. Onu əvəzləyəcək qüvvələr qərpərəstdir. Onlar hakimiyyətə gəlsələr, Rusiya iləəlaqələri daha da zəiflədəcəklər“-deyə politoloq qeyd edib.

E. Şahinoğlu hesab edir ki, gün ərzində mitinq və küçə yürüşlərinə qatılanların sayı çoxalmasa, Lukaşenko polis və ordunun hesabına vəziyyətdən çıxacaq: “Yox, əgər 2000-ci illərin əvvəllərində Ukraynada olduğu kimi etirazlar günlərlə davam etsə, güc strukturları düşünməyə, seçim etmək məcburiyyətində qalacaq. Rusiya da əlindən gələni edəcək ki, Lukaşenko hakimiyyətini itirməsin”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=152036

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930