Ərdoğanla Merkel arasında vacib söhbət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniyanın Kansleri Angela Merkel arasında telefon danışığı olub.
“Anadolu” xəbər verir ki, telefon danışğında Aralıq dənizinin şərqindəki vəziyyət başda olmaqla regional məsələlər müzakirə olunub.
Türkiyə lideri Aralıq dənizinin şərqindəki problemlərin beynəlxalq hüquq və dialoq əsasında həll olunmasının tərəfdarı olduğunu bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=152204