“Rusiya vasitəçi kimi etimadı itirir” – Metyu Brayza

14.08.2020 - 17:53

“Ermənistana hərbi texnika tədarük etməklə Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində etimadı itirir”.

Bunu Trend-ə ATƏT Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib. O bildirib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin bir tərəfinə qarşı digər tərəfinə dəstəyi tamamilə qəbuledilməzdir: “Əgər Rusiya bu cür davranmağa davam etsə, ATƏT Minsk qrupunun həmsədri kimi, digər sözlə obyektiv, qərəzsiz və ədalətli vasitəçi kimi etimadı itirəcək. Beləliklə, bu, ATƏT Minsk qrupunun həyat qabiliyyətliliyini şübhə altına alır”.

M.Brayza qeyd edib ki, bir il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan konstruktiv görüş keçirib: “Amma hər şey bir neçə ay sonra, Paşinyan bütün əsas prinsiplərdən imtina edəndə və “Qarabağ Ermənistandır” deməklə hər şeyi yenidən başlamaq lazım olduğunu bəyan edəndə dəyişdi. Ermənistanın bu cür mövqeyi ilə heç kim nizamlanma üçün vasitəçi ola bilməz. Əgər bir tərəf prinsip etibarilə indiyədək razılaşdırılmış kompromislərdən imtina edirsə, heç kim münaqişəni uğurla həll edə bilməz”.

Short URL: http://www.cumhuriyyet.net/?p=152297

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728