Filippinli nazir yenidən koronavirusa yoluxdu

16.08.2020 - 12:38

Filippinin Daxili İşlər naziri Eduardo Anyo yenidən koronavirusa yenidən yoluxub.

“Report” “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Filippinli nazirin özü açıqlama verib.

Bildirilir ki, 58 yaşlı nazirdə ilk dəfə mart ayında COVID-19 aşkarlandı və müalicə aldı.

“Avqustun 13-də özümdə boğaz ağrısı və bədən ağrıları hiss etdim. Sabahı gün isə analiz verdim. Təəssüflər olsun ki, COVID-19-dan verdiyim analizlər müsbət çıxdı” – deyə Anyo bildirib.

Hazırda Filippinli nazir həkim nəzarəti altındadır.

Qeyd edək ki, aprelin əvvəlində ölkənin Təhsil naziri Leonor Brionesdə, iyulda isə Nəqliyyat naziri Mark Villarda koronavirus tapılmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=152373

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728