Antalyanın meri koronavirusa yoluxdu

17.08.2020 - 11:37

Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Mühiddin Böcəyə COVID-19 diaqnozu qoyulub.

Bu barədə Mühiddin Böcək “Twitter” səhifəsində yazıb.

O, hazırda özünü yaxşı hiss etdiyini, həkimlərin müşahidəsi altında olduğunu vurğulayıb.

“Xahiş edirəm, maska istifadəsi, gigiyena və sosial məsafə qaydalarına riayət edin. Ümid edirəm, yaxın zamanda görüşəcəyik”, – o bildirib.

Xatırladaq ki, Türkiyədə indiyədək 249 309 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 5 974 nəfər ölüb, 230 969 nəfər isə sağalıb. Hazırda ölkədə 12 mindən çox aktiv koronavirus xəstəsi var.

Short URL: http://www.cumhuriyyet.net/?p=152401

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728