Tramp Ərdoğanı “dünya səviyyəli şahmatçı” adlandırdı

18.08.2020 - 12:32

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “dünya səviyyəli şahmatçı” adlandırıb.

TASS-ın məlumatına görə o, bu fikri Viskonsin ştatındakı tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Trampın sözlərinə görə, Türkiyə lideri ilə yanaşı Rusiya, Çin, Şimali Koreya liderləri də belədir.

“Baxın, mən bir şeyi başa düşdüm: Putin, Çin prezidenti Si (Cinpin), Kim Çen Inn, Ərdoğan – hamısı dünya səviyyəli şahmatçılardır”, – deyə prezident vurğulayıb.

O, əlavə edib ki, ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden, prezident seçkilərində qalib gələcəyi təqdirdə onlarla bərabər səviyyədə işləyə bilməyəcək, çünki onun siyasi karyerasında ən yaxşı illəri o qədər də yaxşı olmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=152456

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728