ÜST-dən çağırış — “KARANTİN TƏTBİQ ETMƏYİN!”

18.08.2020 - 13:17
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyaya müraciət edərək, yeni koronavirus infeksiyasına görə daha karantin tətbiq etməməyə çağırıb, baxmayaraq ki, əvvəl bunun əksini tələb edirdi.
Uzun müddət idi  ÜST dünyanın demək olar ki, bütün ölkələrinə, pandemiyanın inkişafını yüngülləşdirən sərt karantin rejiminə bağlanmağı tövsiyə edirdi. Və budur, indi təşkilatın baş epidemioloqu Maria van Kerkxov ikinci və sonrakı COVİD-19 dalğalarında karantinin yolverilməz olduğunu bəyan edib.
“Demə, karantinin iqtisadi nəticələri dəhşətli dərəcədə çoxdur və tibbi planda şərti qazancı xeyli üstələyir. İkincisi, ÜST ekspertlərinin fikrincə, pandemiya dövründə maska geyilməsi və sosial məsafəyə riayət olunması tamamilə kifayətdir”,- deyə “Medikforum”yazır.
Bundan başqa, BMT-nin rəhbəri Antoniu Quterriş karantin dövründə məktəblərin bağlanmasını “nəsillərarası fəlakət” adlandırıb və bunun heç bir müsbət nəticə vermədiyini bildirib. Mütəxəssislərin sözlərinə görə, həkimlər məhdudiyyətlərə görə insult, xərçəng və infarkt xəstələrini buraxıblar. Beləliklə, karantin həm də bəzi xəstəlikləri kəskinləşdirə bilər.(Virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=152468

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728