Dünyada koronavirusa yoluxanların sayı 22 milyonu ötdü

18.08.2020 - 11:44

Dünyada koronavirusa yoluxan 14 795 803 nəfər sağalıb, 777 470 nəfər isə virusdan ölüb.

“Report” xəbər verir ki, indiyədək 22 052 763 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (5 612 027), Braziliyada (3 363 235) və Hindistanda (2 703 517) qeydə alınıb.

Qeyd edək ki, avqustun 17-nə olan məlumata görə, Azərbaycanda indiyədək 34 343 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 32 042 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 508 nəfərdir.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 250 542 nəfər yoluxub, 5 996 nəfər ölüb. Rusiyada indiyədək 927 745 nəfərdə koronavirus aşkarlanıb, onlardan 736 101-i sağalıb, 15 740-ı ölüb. İranda isə 345 450 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 19 804 nəfər pandemiyanın qurbanı olub. Qonşu ölkə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 1 351-ə çatıb. Onların 485-i artıq sağalıb, 12-si isə vəfat edib.

Ermənistanda indiyədək 41 701 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 34 655 nəfər sağalsa da, 824 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=152490

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728